Futbol üzrə Uels millisinin Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.
"Report" assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmada baş məşqçi səlahiyyətlərini yerinə yetirən Robert Peyc 28 futbolçuya dəvət göndərib.
Komandanın 26 nəfərlik yekun iştirak ərizəsi mayın 30-da bəlli olacaq.
Qapıçılar: Ueyn Hennessi (“Kristal Pelas”, İngiltərə), Denni Uord (“Lester”, İngiltərə), Adam Deyvis (“Stok Siti”, İngiltərə)
Müdafiəçilər: Ceyms Laurens (“Sankt Pauli”, almaniya), Ben Devis, Co Rodon (hər ikisi “Tottenhem”, İngiltərə), Kris Mefam (“Bornmut”, İngiltərə), Kris Qunter (“Çarlton”, İngiltərə), Riys Norrinqton-Deyvis (“Şeffild Yunayted”, İngiltərə), Neko Uilyams (“Liverpul”, İngiltərə), Tom Lokyer (“Luton”, İngiltərə)
Yarımmüdafiəçilər: Co Allen (“Stok Siti”), Co Morrell (“Luton”), Etan Ampadu (“Çelsi”, İngiltərə), Mettyu Smit (“Mançester Siti”, İngiltərə), Conni Uilyams, Rubin Koluill (hər ikisi “Kardiff”), Aaron Remsi (“Yuventus”, İtaliya), Dilan Lyuitt (“Mançester Yunayted”, İngiltərə), George Tomas (KPR)
Hücumçular: Kiffer Mur, Mark Harris (hər ikisi “Kardiff”), Harri Uilson (“Liverpul”), Qaret Beyl (“Real Madrid”, İspaniya), David Bruks (“Bornmut”), Tayler Roberts (“Lids”, İngiltərə) Tom Lourens (“Derbi”, İngiltərə), Rabbi Matondo (“Şalke”, Almaniya).
Qeyd edək ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.