AVRO-2020: Türkiyənin qrupdan çıxma şansı neçə faizdir?

AVRO-2020: Türkiyənin qrupdan çıxma şansı neçə faizdir? Futbol üzrə Avropa çempionatında iştirak edəcək komandaların hər birinin qrup mərhələsindəki şansları qiymətləndirib.
Futbol
10 İyun , 2021 11:47
AVRO-2020: Türkiyənin qrupdan çıxma şansı neçə faizdir?

Futbol üzrə Avropa çempionatında iştirak edəcək komandaların hər birinin qrup mərhələsindəki şansları qiymətləndirib.

"Report" xəbər verir ki, bu barədə nüfuzlu "Gracenote" nəşri araşdırma aparıb.

Bildirilib ki, İspaniya, İngiltərə, Niderland, İtaliya, Danimarka və Belçika yığmalarının növbəti mərhələyə vəsiqə qazanmaları daha realdır. 6 komandanın hər hər birinin qrupdan çıxma ehtimalı 90 faizdən yuxarı göstərilib. Almaniya və Fransa növbəti sıralarda yer alıb.

İki oyununu Bakıda keçirəcək millilərdən İsveçrə rəqiblərinə nisbətən daha üstün hesab edilir. Komandanın qrupdan çıxma ehtimalı 71 faizə bərabərdir. Nəşr Uels yığmasına 55 faiz, Türkiyə seçməsinə isə 46 faiz şans tanıyıb.

Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi