AVRO-2020: Türkiyə yığması açılış oyununda böyük hesabla uduzdu - YENİLƏNİB-3

AVRO-2020: Türkiyə yığması açılış oyununda böyük hesabla uduzdu - YENİLƏNİB-3 Türkiyə və İtaliya yığmaları arasında futbol üzrə Avropa çempionatının açılış matçında darmadağın qeydə alınıb
Futbol
12 İyun , 2021 00:50
AVRO-2020: Türkiyə yığması açılış oyununda böyük hesabla uduzdu - YENİLƏNİB-3
0 : 00
0 : 00

Futbol üzrə Avropa çempionatına start verilib.

"Report"un məlumatına görə, açılış oyununda İtaliya və Türkiyə milli komandaları üz-üzə gəlib. Romadakı "Olimpiko" stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Niderlandlı referi Denni Makkelinin idarə etdiyi qarşılaşmanın ilk yarısında hesab açılmayıb. Bununla belə, aşkar üstünlüyə malik İtaliya millisi 53-cü dəqiqədə fərqlənməyə müvəffəq olub. Növbəti hücumdan sonra Türkiyə yığmasının futbolçusu Merih Demiral topu öz qapsına göndərib.

66-cı dəqiqədə Çiro İmmobile, 79-cu dəqiqədə isə Lorentso İnsinye fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, A qrupunda ilk turun digər oyunu iyunun 12-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə milliləri arasında olacaq. Görüş saat 17:00-da başlanacaq.

00:38

Türkiyə və İtaliya yığmaları arasındakı futbol üzrə Avropa çempionatının açılış matçında daha bir qol vurulub.

"Report"un məlumatına görə, Romadakı "Olimpiko" stadionunda keçirilən görüşün 79-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Lorentso İnsinye fərqi böyük hesaba çatdırıb - 3:0.

00:25

Türkiyə və İtaliya yığmaları arasındakı futbol üzrə Avropa çempionatının açılış matçında növbəti qol vurulub.

"Report"un məlumatına görə, Romadakı "Olimpiko" stadionunda keçirilən görüşün 66-cı dəqiqəsində meydan sahiblərinin hücumçusu Çiro İmmobile fərqi artırıb - 2:0.

00:16

Türkiyə və İtaliya yığmaları arasındakı futbol üzrə Avropa çempionatının açılış matçında ilk qol vurulub.

"Report"un məlumatına görə, Romadakı "Olimpiko" stadionunda keçirilən görüşün 53-cü dəqiqəsində Merih Demiral topu öz qapısına göndərib. Hazırda İtaliya yığması bu avtoqolla öndədir - 1:0.

23:46

Türkiyə və İtaliya yığmaları arasındakı futbol üzrə Avropa çempionatının açılış matçında ilk hissə yekunlaşıb.

"Report"un məlumatına görə, Romadakı "Olimpiko" stadionunda keçirilən görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar - 0:0.

23:00

Türkiyə və İtaliya yığmaları arasında futbol üzrə Avropa çempionatının açılış matçı start götürüb.

"Report"un məlumatına görə, Romadakı "Olimpiko" stadionunda keçirilən görüşü Niderland Futbol İttifaqından Denni Makkeli idarə edir.

Qeyd edək ki, "ay-ulduzlular" A qrupundakı son iki matçını Bakıda keçirəcək. Bakı Olimpiya Stadionu İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi