AVRO-2020: Rusiyalı azarkeşə hücum edən ukraynalı fanat tutuldu

AVRO-2020: Rusiyalı azarkeşə hücum edən ukraynalı fanat tutuldu Avropa çempionatının 1/8 final mərhələsində İsveç - Ukrayna oyununda rusiyalı azarkeş Denis Smolenskiyə hücum edən ukraynalı fanat saxlanılıb
Futbol
1 İyul , 2021 10:42
AVRO-2020: Rusiyalı azarkeşə hücum edən ukraynalı fanat tutuldu

Avropa çempionatının 1/8 final mərhələsində İsveç - Ukrayna oyununda rusiyalı azarkeş Denis Smolenskiyə hücum edən ukraynalı fanat həbs olunub.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə zərərkəçəkinin özü açıqlamasında bildirib.

Qeyd edək ki, azarkeş həmin qarşılaşmada tribunada Rusiya bayrağı ilə əyləşib. Ukraynalı fanatlarla onun arasında dava düşüb.

Ukrayna İsveçi əlavə vaxtda İsveçi 2:1 hesabı ilə üstələyib və 1/4 finalda İngiltərəyə rəqib olub. İyulun 3-də İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Rusiya millisi isə AVRO-2020-nin qrupundan çıxa bilməyib.

Son xəbərlər

Orphus sistemi