AVRO-2020 öncəsi Rusiya və Ukrayna arasında qalmaqal

AVRO-2020 öncəsi Rusiya və Ukrayna arasında qalmaqal Futbol üzrə Avropa çempionatı öncəsi Rusiya və Ukrayna arasında qalmaqal baş verib.
Futbol
342
7 İyun , 2021 16:34
AVRO-2020 öncəsi Rusiya və Ukrayna arasında qalmaqal

Futbol üzrə Avropa çempionatı öncəsi Rusiya və Ukrayna arasında qalmaqal baş verib.

"Report"un məlumatına görə, buna ukraynalıların turnir üçün hazırlanmış formalarında Krımın bu ölkənin ərazisi kimi göstərilməsi səbəb olub.

Həmçinin formanın üzərində "Слава Украине!", "Героям Слава!" ("Yaşasın Ukrayna! Qəhrəmanlara eşq olsun!") şüarları yazılıb.

UEFA-nın yığmanın AVRO-2020-də sözügedən forma ilə iştirakına icazə verməsi Rusiyanın narazılığına səbəb olub. Məsələyə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov turnirdə Ukrayna ilə mümkün qarşılaşmanın siyasi gərginliyə səbəb olmayacağını söyləyib. Dövlət rəsmisinin sözlərinə görə, idmanı siyasətə qatmaq olmaz: "Ən azından ruslar və ukraynalılar arasında nifrət yaradılmasını qəbul edə bilmərik. Hər zaman buna qarşı olmuşuq. Biz, əksinə, iki qohum xalq olduğumuza əminik. Ukraynalılar hər zaman bizim üçün arzuolunan qonaqdır".

Qeyd edək ki, Avropa çempionatı 11 iyun - 11 iyulda keçiriləcək. Rusiya millisi Belçika, Danimarka və Finlandiya ilə birlikdə B qrupunda, Ukrayna yığması isə Niderland, Avstriya və Şimali Makedoniya ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi