İdman jurnalistləri AVRO-2020-nin təbliğatı ilə bağlı İşçi Qrup yaratdı

İdman jurnalistləri AVRO-2020-nin təbliğatı ilə bağlı İşçi Qrup yaratdı Bu gün Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) İdarə Heyətinin növbəti iclası keçirilib. Report xəbər verir ki, toplantıda federasiyaya üzvlüklə bağlı müraciətlərə baxılıb.
Futbol
6 Mart , 2020 23:41
İdman jurnalistləri AVRO-2020-nin təbliğatı ilə bağlı İşçi Qrup yaratdı

Bu gün Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) İdarə Heyətinin növbəti iclası keçirilib. "Report" xəbər verir ki, toplantıda federasiyaya üzvlüklə bağlı müraciətlərə baxılıb.

Bir qrup jurnalistin müraciəti müsbət cavablandırılıb və onlara lazımı sənədləri toplamaları tövsiyə olunub. Hazırda AİJF üzvlərinin sayı 55-dir.

İclasda qurumun Naxçıvan nümaləndəliyinin yaradılması da müzakirə olunub və təklif yekdilliklə qəbul edilib. Bununla da AİJF-nin Naxçıvan nümayəndəliyinin yaradılmasına qərar verilib.

Eyni zamanda federasiyanın nəzdində Bakının da qəbul edəcəyi AVRO-2020 ilə bağlı daha yaxşı təbliğat, xarici mətbuatda mümkün hər hansı qərəzli yazılara layiqli cavab verilməsi ilə bağlı İşçi Qrupun yaradılması müzakirə edilib və müsbət qərar çıxarılıb.

Ardından, iclasa dəvət olunan komissiya üzvlərinin də iştirakı ilə qarşıda duran məsələlərlə bağlı müzakirə aparılıb. AİJF prezidenti Qabil Mehdiyev tərəfindən qurumun İdarə Heyətinin, eləcə də komissiyaların üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi