AVRO-2020-nin rəsmi topunun fotosu yayılıb - FOTO

AVRO-2020-nin rəsmi topunun fotosu yayılıb - FOTO AVRO-2020-nin rəsmi topunun fotosu yayılıb.
Futbol
124
18 Oktyabr , 2019 04:48
AVRO-2020-nin rəsmi topunun fotosu yayılıb - FOTO

AVRO-2020-nin rəsmi topunun fotosu yayılıb.

"Report" xəbər verir ki, 2020-ci il Avropanın çempionatının rəsmi topunun fotosunu "Footy Headlines" portalı dərc edib.

Topa "Uniforia" adı verilib.

"Uniforia" - yenilikdir. O, iki hissədən - unikallıqdan və eyforiyadan ibarətdir. Adın izahı sadədir - qarşıdakı qitə birinciliyi öz növündə yeganə olacaq. Məsələ burasındadır ki, Avropa çempionatı əvvəllər heç vaxt eyni vaxtda 12 ölkədə, 12 stadionda keçirilməyib.

Yenilik rəsmən 2019-cu ilin noyabrında ictimaiyyətə təqdim ediləcək. 

Qeyd edək ki, UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının  4 matçı Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq. Bunlardan 3-ü qrup mərhələsinin, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdır. 

Son xəbərlər

Orphus sistemi