AVRO-2020: İtaliya milliisinin futbolçusu 4 ay oynamayacaq

AVRO-2020: İtaliya milliisinin futbolçusu 4 ay oynamayacaq Avropa çempionatının 1/4 final mərhələsində Belçika ilə oyunda zədələnən İtaliya yığmasının futbolçusu Leonardo Spinatsolanın durumuna aydınlıq gəlib.
Futbol
3 İyul , 2021 10:55
AVRO-2020: İtaliya milliisinin futbolçusu 4 ay oynamayacaq

Avropa çempionatının 1/4 final mərhələsində Belçika ilə oyunda zədələnən İtaliya yığmasının futbolçusu Leonardo Spinatsolanın durumuna aydınlıq gəlib.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçinin 4 ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

"Roma" klubundan yığmaya dəvət edilmiş oyunçu görüşün 79-cu dəqiqəsində əvəzlənib. Axill vətərində problem aşkarlanan Spinatsola yaxın müddətdə əməliyyat olunacaq.

Qeyd edək ki, İtaliya Belçikanı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Roberto Mançininin baş məşqçi olduğu komanda bu raundda İspaniya ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 6-da İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi