AVRO-2020: İspaniya Polşa ilə bacarmadı

AVRO-2020: İspaniya Polşa ilə bacarmadı Futbol üzrə Avropa çempionatında II tura yekun vurulub.
Futbol
20 İyun , 2021 00:56
AVRO-2020: İspaniya Polşa ilə bacarmadı

Futbol üzrə Avropa çempionatında II tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son ohununda İspaniya və Polşa milliləri üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Sevilyadakı "Estadio La Cartuja" stadionunda təşkil olunmuş qarşılaşmada hesabı 25-ci dəqiqədə meydan sahiblərindən Alvaro Morata açıb. Lakin 54-cü dəqiqədə Robert Levandovski bərabərlik qolunu vurub.

İspaniya millisi bundan 4 dəqiqə sonra yenidən önə keçmək imkanı qazanıb. Lakin Jerar Moreno penaltidən yararlana bilməyib.

Beləliklə, E qrupundakı ikinci matçından da heç-heçə ilə ayrılan 3 qat Avropa çempionları 2 xalla 3-cü pillədə qərarlaşıb. İlk xalını qazanan Polşa isə 4-cüdür. Qrupdakı ilk görüşündə Slovakiyaya qalib gələn İsveç 4 xalla liderdir. Slovakiya 3 xalla 2-ci yerdə gedir.

Qeyd edək ki, III tura iyunun 20-də A qrupunun İtaliya - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları ilə start veriləcək.

Son xəbərlər

Orphus sistemi