AVRO-2020: İngiltərə Almaniyaya, İsveç Ukraynaya qarşı

AVRO-2020: İngiltərə Almaniyaya, İsveç Ukraynaya qarşı Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə yekun vurulacaq.
Futbol
29 İyun , 2021 07:30
AVRO-2020: İngiltərə Almaniyaya, İsveç Ukraynaya qarşı

Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son iki oyunu keçiriləcək.

"Report"un məlumatına görə, qarşılaşmalar İngiltərənin paytaxtı Londonda və Şotlandiyanın Qlazqo şəhərində gerçəkləşəcək.

Günün ilk matçında İngiltərə və Almaniya yığmaları üz-üzə gələcək. "Uembli" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.

Günün son matçında isə İsveç və Ukrayna komandaları üz-üzə gələcək. "Hempden Park" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi italiyalı Daniele Orsato olacaq.

İsveç - Ukrayna cütünün qalibi 1/4 final mərhələsində Almaniya - İngiltərə duelinin güclüsü ilə üz-üzə gələcək.

29 iyun

Avropa çempionatı

1/8 final mərhələsi

20:00. İngiltərə - Almaniya

Baş hakim. Denni Makkeli (Niderland)

London. "Uembli" stadionu

23:00. İsveç - Ukrayna

Baş hakim: Daniele Orsato

Qlazqo. "Hempden Park" stadionu

Qeyd edək ki, 1/4 final mərhələsinin daha 3 görüşünün tərkibi belə müəyyənləşib: İsveçrə - İspaniya, Belçika - İtaliya, Çexiya - Danimarka.

Son xəbərlər

Orphus sistemi