AVRO-2020: Hollandiya Belarusla, Almaniya Estoniya ilə qarşılaşacaq - AFİŞA

AVRO-2020: Hollandiya Belarusla, Almaniya Estoniya ilə qarşılaşacaq - AFİŞA Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti matçlar keçiriləcək.
Futbol
13 Oktyabr , 2019 07:35
AVRO-2020: Hollandiya Belarusla, Almaniya Estoniya ilə qarşılaşacaq - AFİŞA

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti matçlar keçiriləcək.

"Report"un məlumatına görə, 4 qrupda 9 qarşılaşma təşkil olunacaq. C, E və G qruplarında iki, I qrupunda isə 3 oyun baş tutacaq.

E qrupunda yer alan Azərbaycan millisi Macarıstanın qonağı olacaq. Digər matçda isə Uels Xorvatiyanı qəbul edəcək. A qrupunun liderlərindən Hollandiya səfərdə Belarusla, Almaniya isə Estoniya ilə üz-üzə gələcək. B qrupunda Belçika final mərhələsinə vəsiqəni təmin edib.

AVRO-2020

Seçmə mərhələ, VIII tur

13 oktyabr

C qrupu

20:00. Belarus - Hollandiya

22:45. Estoniya - Almaniya

Xal durumu: Hollandiya - 12 xal (5 oyuna), Almaniya - 12 (5), Şimali İrlandiya - 12 (6), Belarus - 4 (6), Estoniya - 1 (6).

E qrupu

20:00. Macarıstan - Azərbaycan

22:45. Uels - Xorvatiya

Xal durumu: Xorvatiya - 13 xal (6 oyuna), Slovakiya - 10 (6), Macarıstan - 9 (6), Uels - 7 (5), Azərbaycan - 1 (5).

G qrupu

22:45. Polşa - Şimali Makedoniya

22:45. Sloveniya - Avstriya

Xal durumu: Polşa - 16 xal (7 oyuna), Avstriya - 13 (7), Şimali Makedoniya - 11 (7), Sloveniya - 11 (7), İsrail - 8 (7), Latviya - 0 (7).

I qrupu

17:00. Qazaxıstan - Belçika

20:00. Kipr - Rusiya

20:00. Şotlandiya - San Marino

Xal durumu: Belçika - 21 xal (7 oyuna), Rusiya - 18 (7), Kipr - 10 (7), Qazaxıstan - 7 (7), Şotlandiya - 6 (7), San Marino - 0 (7).

Son xəbərlər

Orphus sistemi