Futbol üzrə Avropa çempionatının final oyununu idarə edə biləcək hakimin adı bəlli olub.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı Byörn Kuypers həlledici matç üçün əsas namizəd hesab olunur.
Niderland millisi 1/8 final mərhələsində Çexiyaya 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, AVRO-2020-nin final qarşılaşması iyulun 11-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda olacaq.