AVRO-2020: Final oyunu Londondan alına bilər

AVRO-2020: Final oyunu Londondan alına bilər Futbol üzrə Avropa çempionatının final oyunu İngiltərənin London şəhərindən alına bilər.
Futbol
18 İyun , 2021 11:03
AVRO-2020: Final oyunu Londondan alına bilər

Futbol üzrə Avropa çempionatının final oyunu İngiltərənin London şəhərindən alına bilər.

"Report"un "The Times"a istinadən məlumatına görə, həlledici qarşılaşmanın Macarıstanın payaxtı Budapeştdə gerçəkləşmə ehtimalı var.

Bu, "Uembli" stadionundakı görüşün dolu tribunalar önündə keçiriləcəyinə koronavirus üzündən təminat verilməyəcəyi təqdirdə baş verəcək. Budapeşt isə məhdudiyyətlərin olmayacağına zəmanət verib.

Artıq UEFA mümkün qərarı barədə Böyük Britaniyanın baş naziri Boris Consonu məlumatlandırıb və Londondan konkret addımlar gözləyir.

Qeyd edək ki, final matçı iyunun 11-də keçirilməlidir. Təqvimə əsasən, "Uembli" yarımfinal oyunlarına da ev sahibliyi etməlidir.

Son xəbərlər

Orphus sistemi