AVRO-2020: Final mərhələsinə son 4 vəsiqənin sahibi müəyyənləşir

AVRO-2020: Final mərhələsinə son 4 vəsiqənin sahibi müəyyənləşir Bu gün AVRO-2020-nin pley-off mərhələsində final oyunları keçiriləcək.
Futbol
857
12 Noyabr , 2020 07:35
AVRO-2020: Final mərhələsinə son 4 vəsiqənin sahibi müəyyənləşir

Bu gün AVRO-2020-nin pley-off mərhələsində final oyunları keçiriləcək.

"Report"un məlumatına görə, A, B, C və D yolunda baş tutacaq həlledici qarşılaşmalardan sonra Avropa çempionatına son 4 vəsiqənin sahibi müəyyənləşəcək.

Günün ilk matçı D yolunda oynanılacaq. Gürcüstan millisi Tbilisidəki "Dinamo Arena"da Şimali Makedoniya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Digər 3 oyun isə eyni saatda - 23:45-də başlayacaq. A yolunda İslandiya seçməsi Macarıstanın qonağı olacaq. B yolunda Şimali İrlandiya millisi Slovakiya ilə, C yolunda isə Serbiya seçməsi Şotlandiya ilə münasibətlərinə aydınlıq gətirəcək. Qalib gələn komandalar AVRO-2020-nin final mərhələsinə yüksələcəklər.

12 noyabr

AVRO-2020

Pley-off, final

A yolu

23:45. Macarıstan – İslandiya

B yolu

23:45. Şimali İrlandiya – Slovakiya

C yolu

23:45. Serbiya – Şotlandiya

D yolu

21:00. Gürcüstan - Şimali Makedoniya

Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi