AVRO-2020-də müvəqqəti əvəzləmə tətbiq oluna bilər

AVRO-2020-də müvəqqəti əvəzləmə tətbiq oluna bilər AVRO-2020-nin oyunları zamanı beyin silkələnməsindən şübhəli futbolçular üçün mütləq müvəqqəti dəyişikliklər tətbiq oluna bilər.
Futbol
375
28 Noyabr , 2019 12:46
AVRO-2020-də müvəqqəti əvəzləmə tətbiq oluna bilər

AVRO-2020-nin oyunları zamanı beyin silkələnməsindən şübhəli futbolçular üçün mütləq müvəqqəti dəyişikliklər tətbiq oluna bilər. 

"Report"un Sky" nəşrinə istinadən verdiyi məlumata görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) məsələnin dekabrın 3-də müzakirə olunacağını təsdiqləyib. 

Artıq reqbi növündə bu cür müvəqqəti əvəzləmə sistemi mövcuddur. Meydanı tərk edən oyunçu həkimlərin ehtiyatlanmaları təsdiqlənməyəcəyi təqdirdə, geri qayıda bilir.

Qeyd edək ki, AVRO-2020 gələn il iyunun 12-dən iyulun 12-dən Avropanın 12 şəhərində keçiriləcək. A qrupunun 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi