Avropa çempionatının 1/4 final mərhələsində Bakıda Çexiya ilə qarşılaşacaq Danimarka millisi oyun öncəsi son məşqinə çıxıb.
"Report"un məlumatına görə, Kasper Hülmandın baş məşqçi olduğu komandanın hazırlıq prosesi matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda (BOS) baş tutub.
Qeyd edək ki, iyulun 3-dəki Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq. Daha əvvəl BOS-da A qrupunun 3 qarşılaşması da gerçəkləşib.
Foto: Ehtiram Cəbi

























