AVRO-2020: Daha bir milli komandanın heyəti açıqlandı

AVRO-2020: Daha bir milli komandanın heyəti açıqlandı Baş məşqçi Markku Kanerva aşağıdakı "26-lığ"a güvənəcək
Futbol
19 May , 2021 17:07
AVRO-2020: Daha bir milli komandanın heyəti açıqlandı

Futbol üzrə Finlandiya milli komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb.

"Report"un məlumatına görə, baş məşqçi Markku Kanerva aşağıdakı "26-lığ"a güvənəcək:

Qapıçılar: Lukaş Qradetski ("Bayer" Leverkuzen, Almanya), Esse Yoronen ("Breşia", İtaliya), Ansi Yakkola ("Bristol Rovers", İngiltərə)

Müdafiəçilər: Yuhani Oyala ("Vayle", "Danimarka"), Leo Vyaycyanen ("Elfsborq", İsveç) Sauli Vyaycyanen ("Kyevo", İtaliya), Paulus Arayuuri ("Pafos", Kipr), Daniel O Şoqnessi (HIK), Robert İvanov ("Varta", Polşa ), Albin Qranlund ("Stal", Polşa), Yere Uronen ("Genk", Belçika), Nikolas Hyamyalyaynen (QPR, İngiltərə), Nikolay Alho (MTK, Macarıstan)

Yarımmüdafiəçilər: Pyuryu Soyri, Yoni Kauko ("Esberq", Danimarka), Qlen Kamara ("Reyncers", Şotlandiya), Onni Valakari ("Pafos", Kipr), Rasmus Şuller ("Yorqorden", İsveç), Tomas Lam ("Zvolle", Niderland), Tim Sparv ("AEL Larisa, Yunanıstan), Fredrik Yensen ("Auqsburq", Almanya), Yasin Assehnun ("Lahti", Finlandiya)

Hücumçular: Yoel Pohyanpalo ("Union Berlin", Almaniya), Lassi Lappalaynen ("Montreal", Kanada), Markus Forss ("Brentford", İngiltərə), Teemu Pukki ("Norviç", İngiltərə)

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Finlandiya millisi Rusiya, Danimarka və Belçika ilə birlikdə B qrupunda mübarizə aparacaq.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi