Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IV turun son 13 oyunu keçiriləcək.
"Report"un məlumatına görə, 5 qrupu əhatə edəcək qarşılaşmalar içərisində daha çox İslandiya - Türkiyə görüşü diqqət mərkəzində olacaq. "Ay-ulduzlular" ilk 4 matçda qol buraxmadan qalib gəlib və hazırda H qrupunun vahid lideridir. Şenol Günəşin baş məşqçi olduğu kollektiv indiyədək İslandiyaya səfərdə qalib gələ bilməyib. Oyundan əvvəl Reykyavik hava limanında qonaq komandaya yaradılan problemlər ciddi narazılıq doğurub. Bu isə qarşılaşmaya marağı daha da artırıb. İslandiya qələbə qazanacağı təqdirdə, Türkiyə ilə xallarını bərabərləşdirəcək.
Azərbaycan millisinin Slovakiyanı qəbul edəcəyi E qrupunda daha bir oyun lider Macarıstanla cəmi 3 xalı olan Uels arasında keçiriləcək. Yığmanın sabiq baş məşqçisi Robert Prosineçkinin hazırda rəhbərlik etdiyi Bosniya və Herseqovina isə İtaliyanın qonağı olacaq. Meydan sahibləri 3 oyundan 9 xalla J qrupuna başçılıq edirsə, qonaqların cəmi 4 xalı var.
C qrupu
22:45. Almaniya - Estoniya
22:45. Belarus - Şimali İrlandiya
Xal durumu: Ş.İrlandiya - 9 (3 oyuna), Almaniya – 6 (2), Hollandiya – 3 (2), Estoniya – 0 (2), Belarus – 0 (3).
E qrupu
20:00. Azərbaycan - Slovakiya
22:45. Macarıstan - Uels
Xal durumu: Macarıstan - 6 (3 oyuna), Xorvatiya - 6 (3), Slovakiya - 3 (2), Uels – 3 (2), Azərbaycan – 0 (2).
H qrupu
22:45. İslandiya - Türkiyə
22:45. Andorra - Fransa
22:45. Albaniya - Moldova
Xal durumu: Türkiyə - 9, Fransa – 6, İslandiya – 6, Albaniya – 3, Moldova – 3, Andorra – 0.
I qrupu
18:00. Qazaxıstan - San Marino
22:45. Rusiya - Kipr
22:45. Belçika - Şotlandiya
Xal durumu: Belçika – 9, Rusiya - 6, Şotlandiya - 6, Kipr – 3, Qazaxıstan – 3, San Marino – 0.
J qrupu
22:45. İtaliya - Bosniya və Herseqovina
22:45. Yunanıstan - Ermənistan
22:45. Lixtenşteyn - Finlandiya
Xal durumu: İtaliya – 9, Finlandiya – 6, Yunanıstan – 4, Bosniya və Hersoqovina – 4, Ermənistan – 3, Lixtenşteyn – 0.