AVRO-2020: Beş penaltidən yalnız biri dəqiq olub

AVRO-2020: Beş penaltidən yalnız biri dəqiq olub AVRO-2020-də indiyədək qapılara ümumilikdə 5 penalti təyin olunub.
Futbol
17 İyun , 2021 19:44
AVRO-2020: Beş penaltidən yalnız biri dəqiq olub

AVRO-2020-də indiyədək qapılara ümumilikdə 5 penalti təyin olunub.

"Report"un məlumatına görə, bunlardan yalnız biri qolla nəticələnib. Digər 4 zərbə zamanı ya qapıçılar yaxşı oynayıblar, ya da futbolçular qeyri-dəqiq olublar.

Turnirdə hələlik 11 metrlik cərimə zərbəsindən fərqlənən yeganə futbolçu Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldudur. 36 yaşlı hücumçu Macarıstanı 3:0 hesabı ilə məğlub etdikləri görüşdə zərbəni dəqiq yerinə yetirib.

Penaltini boşa verənlər isə Danimarka millisindən Pyer-Emil Heyberq, Uelsdən Qaret Beyl, Şimali Makedoniyadan Özcan Alioski və Ukraynadan Ruslan Malinovskidir.

Son xəbərlər

Orphus sistemi