AVRO-2020: Benzema altı ildən sonra Fransa yığmasına çağırıla bilər

AVRO-2020: Benzema altı ildən sonra Fransa yığmasına çağırıla bilər Didye Deşam 34 yaşlı hücumçunu komandaya dəvət etməyi nəzərdən keçirir
Futbol
18 May , 2021 10:55
AVRO-2020: Benzema altı ildən sonra Fransa yığmasına çağırıla bilər
Kərim Benzema

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema Avropa çempionatı üçün Fransa millisinin heyətinə daxil edilə bilər.

"Report" "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Didye Deşam 34 yaşlı hücumçunu komandaya dəvət etməyi nəzərdən keçirir.

Son qərar mayın 19-da Fransa Futbol Federasiyasının rəhbərləri ilə görüşündən sonra veriləcək.

Qeyd edək ki, 2015-ci ildə Benzema komanda yoldaşı Matye Valbuenanı intim video ilə şantaj edən qrupla əlaqədə ittiham olunub. Futbolçu bu qalmaqaldan sonra Fransa yığmasından uzaqlaşdırılıb.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Fransa millisi Almaniya, Macarıstan və Portuqaliya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi