AVRO-2020: Bakıdakı son oyunun təyinatları açıqlandı

AVRO-2020: Bakıdakı son oyunun təyinatları açıqlandı Niderlandlı FIFA referisi Björn Kuipers AVRO-2020-nin 1/4 finalında Bakıda keçiriləcək Çexiya - Danimarka oyununun baş hakimi olacaq.
Futbol
1 İyul , 2021 12:04
AVRO-2020: Bakıdakı son oyunun təyinatları açıqlandı
Byorn Kyupers

Avropa çempionatının 1/4 final mərhələsinin Bakıda keçiriləcək Çexiya - Danimarka oyunu üçün təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşma Niderlanddan olan hakimlər briqadasına həvalə edilib.

FIFA referisi Byorn Kuypersə Sander van Rökel və Ervin Tseynstra yan xətt hakimləri qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını rusiyalı Sergey Karasyov yerinə yetirəcək. VAR hakimi niderlandlı Pol van Bökeldir.

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi