AVRO-2020: Avstriya millisinin yekun heyəti açıqlandı

AVRO-2020: Avstriya millisinin yekun heyəti açıqlandı Avstriya milli komandasının futbol üzrə Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Futbol
207
24 May , 2021 17:21
AVRO-2020: Avstriya millisinin yekun heyəti açıqlandı

Avstriya milli komandasının futbol üzrə Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

"Report"un məlumatına görə, "26-lığ"a 3 qapıçı, 10 müdafiəçi, 9 yarımmüdafiəçi və 4 hücumçu daxil edilib.

Qapıçılar: Daniel Baxmann ("Uotford", İngiltərə), Pava Pervan ("Volfsbur", Almaniya), Aleksandr Şlager (LASK)

Müdafiəçilər: David Alaba ("Bavariya", Almaniya), Aleksandar Draqoviç ("Bayer" Leverkusen, Almaniya), Marko Fridl ("Verder", Almaniya), Martin Hinteregger ("Ayntraxt" Frankfurt, Almaniya), Konrad Laymer ("Leyptsiq", Almaniya), Ştefan Layner ("Borussiya" Mönxenqladbax, Almaniya), Filipp Linhart ("Frayburq", Almaniya), Ştefan Poş ("Hoffenhaym", Almaniya), Khristofer Trimmel ("Union" Berlin, Almaniya), Andreas Ulmer ("Zaltsburq")

Yarımmüdafiəçilər: Khristof Baumqartner ("Hoffenhaym", Almaniya), Florian Qrilliç ("Hoffenhaym", Almaniya), Yulian Baumqartlinger ("Bayer" Leverkusen, Almaniya), Ştefan İlzanker ("Ayntraxt" Frankfurt, Almaniya), Valentino Lazaro ("Borussiya" Mönxenqladbax, Almaniya), Marsel Zabitser ("Leyptsiq", Almaniya), Lui Şaub ("Lütsern", İsveçrə), Ksaver Şlager ("Volfsburq", Almaniya), Alessandro Şopf ("Şalke", Almaniya)

Hücumçular: Mixael Qreqoriç ("Auqsburq", Almaniya), Saşa Kalaciç ("Ştutqart", Almaniya), Marko Arnautoviç ("Şanxay Port", Çin), Karim Onisivo ("Maynts", Almaniya)

Qeyd edək ki, Avstriya millisi AVRO-2020-də Ukrayna, Niderland və Şimali Makedoniya ilə birgə C qrupunda yer alacaq.

Son xəbərlər

Orphus sistemi