AVRO-2020: Almaniya UEFA-nın azarkeş tələbi ilə razılaşdı

AVRO-2020: Almaniya UEFA-nın azarkeş tələbi ilə razılaşdı Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir
Futbol
23 Aprel , 2021 12:57
AVRO-2020: Almaniya UEFA-nın azarkeş tələbi ilə razılaşdı

Bavariya vilayətinin rəhbərliyi Münhendə Avropa çempionatının 1/4 final oyunu üçün azarkeşlərin mininal sayının artırılmasına razılıq verib.

"Report" xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

UEFA rəhbərliyi 1/4 final matçını Münhendən digər şəhərə keçirmək istəyib. Buna səbəb azarkeşlərin minimal sayının icazə verilənə uyğun gəlməməsi idi. Lakin Bavariya rəhbərliyi bu rəqəmi lazımi 14 min 500 azarkeşə çatdırmağa razılaşıb.

Münhendə AVRO-2020-nin F qrupunun oyunları ilə yanaşı, 1/4 final qarşılaşması da keçirilməlidir.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi