Bu gün AVRO-2016-nın seçmə qrup mərhələsində V turun 9 oyunu keçiriləcək

Bu gün AVRO-2016-nın seçmə qrup mərhələsində V turun 9 oyunu keçiriləcək Daha çox İspaniya - Ukrayna matçı diqqət mərkəzində olacaq
Futbol
27 Mart , 2015 13:26
Bu gün AVRO-2016-nın seçmə qrup mərhələsində V turun 9 oyunu keçiriləcək

Bakı. 27 mart. REPORT.AZ/ Bu gün futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsində V tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə 3 qrupda 9 görüş keçiriləcək.

Bunlar arasında daha çox İspaniya - Ukrayna matçı diqqət mərkəzində olacaq. Son 2 Avropa çempionatının qalibi hazırda postsovet məkanı təmsilçisi ilə bərabər sayda - 9 xal toplayıb. Bu komandalar C qrupunda 2-3-cü yerləri bölüşürlər.

Rusiya yığmasının səfərdə Çernoqoriya ilə görüşü də hər iki komanda üçün az əhəmiyyət kəsb etmir. Hazırda hərəyə 5 xala malik rəqiblər G qrupunda 3-4-cü yerləri bölüşdürürlər.

AVRO-2016. Seçmə mərhələ

27 mart

C qrupu

Makedoniya - Belarus

Baş hakim: Entoni Teylor (İngiltərə)

Skopye. II Filipp stadionu

Slovakiya - Lüksemburq

Baş hakim: Stefan Ştuder (İsveçrə)

Jilina. "Jilina" stadionu

İspaniya - Ukrayna

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Sevilya. "Ramon Sançes Pizxuan" stadionu

Xal durumu: Slovakiya - 12, İspaniya, Ukrayna - hərəyə 9, Makedoniya - 3, Belarus - 1, Lüksemburq - 1.

E qrupu

İngiltərə - Litva

Baş hakim: Pavel Kralovets (Çexiya)

London, "Uembli" stadionu

Sloveniya - San Marino

Baş hakim: Oliver Draxta (Avstriya)

Lyublyana, "Stojitse" stadionu

İsveçrə - Estoniya

Baş hakim: Denni Makkelli (Hollandiya)

Lütsern, "Svissporarena" stadionu

Xal durumu: İngiltərə - 12, Sloveniya, İsveçrə, Litva - hərəyə 6, Estoniya - 4, San Marino - 1.

G qrupu

Lixtenşteyn - Avstriya

Baş hakim: Feliks Tsvayer (Almaniya)

Vaduts, "Reynpark" stadionu

Moldova - İsveç

Baş hakim: İvan Bebek (Xorvatiya)

Kişinyov, "Zimbru" stadionu

Çernoqoriya - Rusiya

Baş hakim: Dəniz Aytəkin (Almaniya)

Podqoritsa, "Qradski" stadionu

Xal durumu: Avstriya - 10, İsveç - 6, Rusiya, Çernoqoriya - hərəyə 5, Lixtenşteyn - 4, Moldova - 1.

Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. 

Son xəbərlər

Orphus sistemi