Bakı. 15 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatının A qrupunda Rumıniya və İsveçrə komandaları arasındakı oyunda qalib müəyyən olunmayıb. "Report" xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
***21:41
Futbol üzrə Avropa çempionatının A qrupunda Rumıniya və İsveçrə komandaları arasındakı oyunda hesab bərabərləşib. Admir Mehmedi 57-ci dəqiqədə İsveçrənin bərabərlik qolunu vurub.
*** 21:07
Futbol üzrə Avropa çempionatının A qrupunda Rumıniya və İsveçrə komandaları qarşılaşıb. "Report" xəbər verir ki, oyunun birinci hissəsi 1:0 rumın yığmasının qələbəsi ilə başa çatıb. İlk hissədə yeganə qolu 18 dəqiqədə Boqdan Stanku penalti ilə vurub.
Hazırda oyunda fasilə elan olunub.