Bakı. 15 iyun. REPORT.AZ/ Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində ilk dövrəyə yekun vurulub.
"Report" xəbər verir ki, ilk dövrənin son qrup oyununda "F" qrupunda yer alan Portuqaliya və İslandiya qarşılaşıb.
Oyunda hesabı 31-ci dəqiqədə Naninin vurduğu qol ilə Portuqaliya açıb. Lakin 50-ci dəqiqədə Birkir Bjarnason hesabda tarazlıq yaradıb – 1:1.
Matçı türkiyəli hakim Cünet Çakır idarə edib.