AVRO-2016-da "Yuventus" və "Liverpul" daha çox futbolçu ilə təmsil olunacaq

AVRO-2016-da "Yuventus" və "Liverpul" daha çox futbolçu ilə təmsil olunacaq İngiltərənin "Mançester Yunayted" və "Tottenhem" klublarının turnirdə 10 oyunçusu olacaq
Futbol
2 İyun , 2016 11:07
AVRO-2016-da Yuventus və Liverpul daha çox futbolçu ilə təmsil olunacaq

Bakı. 2 iyun. REPORT.AZ/ Bu il Fransada keçiriləcək Avropa Çempionatında ən çox futbolçu ilə təmsil olunacaq klubların adları məlum olub.

"Report" xəbər verir ki, bunlar İtaliyanın "Yuventus" və İngiltərənin "Liverpul" klublarıdır.

Adıçəkilən komandalar AVRO-2016-da 12 futbolçu ilə təmsil olunacaq.

İngiltərənin "Mançester Yunayted" və "Tottenhem" klublarının turnirdə 10 oyunçusu olacaq. İspaniyanın "Barselona", Almaniyanın "Bavariya", Türkiyənin "Fənərbaxça" və Ukraynanın "Şaxtyor" klubları 9, Rusiyanın ÇSKA, İspaniyanın "Real Madrid" və İngiltərənin "Arsenal" futbol komandaları isə 8 nümayəndə ilə təmsil olunacaqlar.

Qeyd edək ki, Fransada keçiriləcək AVRO-2016 iyunun 10-dan iyulun 10-dək baş tutacaq.

Son xəbərlər

Orphus sistemi