AVRO-2016 çərçivəsində 557 azarkeş polis tərəfindən saxlanılıb

AVRO-2016 çərçivəsində 557 azarkeş polis tərəfindən saxlanılıb Onlardan 344 nəfəri təcridxanaya göndərilib, 27 nəfərə müxtəlif həbs cəzaları verilib, 25 nəfər ölkə sərhədlərindən xaric edilib
Futbol
20 İyun , 2016 19:46
AVRO-2016 çərçivəsində 557 azarkeş polis tərəfindən saxlanılıb

Bakı. 20 iyun. REPORT.AZ/ Bu günədək Fransada keçirilən AVRO-2016 çərçivəsində 557 azarkeş polis tərəfindən saxlanılıb. 

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu Fransanın daxili işlər naziri Bernard Kazeneuve bildirib. 

Onun sözlərinə görə, 344 nəfər müvəqqəti saxlanma təcridxanasına göndərilib, 27 nəfərə müxtəlif həbs cəzaları verilib, 25 nəfər ölkə sərhədlərindən xaric edilib.  

Son xəbərlər

Orphus sistemi