"Atletiko" yeni rekorda imza atıb
Futbol
- 13 yanvar, 2025
- 06:39
İspaniya La Liqasının XIX turunda "Osasuna" ilə qarşılaşmada (1:0) qələbə qazanan "Atletiko" ardıcıl qələbələrin sayına görə yeni rekorda imza atıb.
"Report" "Opta Sport"a istinadən xəbər verir ki, Dieqo Simeonenin baş məşqçisi olduğu komanda bu mövsüm iştirak etdiyi bütün turnirlərdə 14 qələbə qazanıb.
Madrid təmsilçisi İspaniya çempionatında ardıcıl 8 qələbəyə sevinib. Komandanın həmçinin İspaniya Kubokunda və UEFA Çempionlar Liqasının Liqa mərhələsində üç qələbəsi var.
Daha əvvəl "Atletiko"nun ən yaxşı seriyası 2012-ci ilin avqust-oktyabr aylarında 13 matçdan ibarət idi. Həmin vaxt da komandaya argentinalı mütəxəssis rəhbərlik edirdi.
Qeyd edək ki, "Atletiko" La Liqada 19 turdan sonra 44 xalla turnir cədvəlinə başçılıq edir.
Son xəbərlər
12:39
Foto
Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb
Xarici siyasət12:37
Azərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb
Maliyyə12:37
Kamil Xasiyev etimadnaməsini BMT-nin Vyana ofisinin baş direktoruna təqdim edib
Xarici siyasət12:33
Məcnun Məmmədov: "Müasir aqrar sektor texnologiya, süni intellekt və innovasiya deməkdir"
ASK12:29
Azərbaycanda sabah 35 dərəcə isti olacaq
Ekologiya12:24
Foto
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
Xarici siyasət12:23
Rəcəb Fərəczadə: "Çempionlar Liqasındakı qrupumuz heç də asan deyil"
Futbol12:22
Lənkəranda dəmiryolu relslərini oğurlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb
Hadisə12:18
Foto