"Atletiko"nun hücumçusu "Yuventus"a qayıtdı

"Atletiko"nun hücumçusu "Yuventus"a qayıtdı İtaliya "Yuventus"u İspaniya "Atletiko"sunun futbolçusu Alvaro Moratanı icarəyə götürüb.
Futbol
23 Sentyabr , 2020 01:43
Atletikonun hücumçusu Yuventusa qayıtdı
Alvaro Morata və Pavel Nedved

İtaliya "Yuventus"u İspaniya "Atletiko"sunun futbolçusu Alvaro Moratanı icarəyə götürüb. 

"Report"un Turin təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı hücumçu ilə bir illik müqavilə bağlanılıb. Anlaşma sonradan daha bir il uzadıla bilər. 

Bu icarə "Qoca Sinyora"ya 9 milyon avroya başa gəlib. 

Qeyd edək ki, Alvaro Morata 2014 - 2016-cı illərdə də "Yuventus"da çıxış edib. İspaniyalı forvard "Atletiko"ya 2019-cu ilin yanvarında İngiltərənin "Çelsi" klubundan icarə əsasında 7 milyon avroya keçib. 2020-ci ilin yayında isə Madrid təmsilçisi təcrübəli forvardı 56 milyon avroya alıb. 

Ötən mövsüm Morata İspaniya La Liqasında 34 oyuna 12 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun "Atletiko" ilə müqaviləsi 2023-cü ilin yayınadəkdir.       

Son xəbərlər

Orphus sistemi