"Atletiko"nun hücumçusu "Bavariya" ilə matçda oynamayacaq

"Atletiko"nun hücumçusu "Bavariya" ilə matçda oynamayacaq İspaniyanın "Atletiko" klubunun futbolçusu Dieqo Kosta zədələnib.
Futbol
19 Oktyabr , 2020 19:42
Atletikonun hücumçusu Bavariya ilə matçda oynamayacaq
Dieqo Kosta

İspaniyanın "Atletiko" klubunun futbolçusu Dieqo Kosta zədələnib.

"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu La Liqanın VI turunda "Selta"nı 2:0 hesabı ilə məğlub etdikləri matçda xəsarət alıb.

Təcrübəli oyunçunun əzələsində problem aşkarlanıb. Onun sağalma müddəti barədə məlumat verilməyib. Kostanın təxminən 3 həftə sonra yaşıl meydanlara qayıda biləcəyi ehtimal edilir.

Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Almaniyada "Bavariya"nın qonağı olacaq. Oktyabrın 21-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi