"Atletiko"nun hücumçusu: "Azərbaycanla matçda hədəfimizə çatdıq"

"Atletiko"nun hücumçusu: "Azərbaycanla matçda hədəfimizə çatdıq" "Bu qarşılaşma tamam fərqli olacaq"
Futbol
507
26 Mart , 2021 12:02
Atletikonun hücumçusu: Azərbaycanla matçda hədəfimizə çatdıq

"Bu qarşılaşma Azərbaycanla matçdan tamam fərqli olacaq. Amma qalib gələcəyimizə ümid edirik".

"Report"un məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının futbolçusu Joau Feliş Serbiyaya qarşı keçirəcəkləri DÇ-2022-nin seçmə oyunu barədə danışarkən deyib.

İspaniyanın "Atletiko" (Madrid) klubunda çıxış edən 22 yaşlı hücumçu Serbiya seçməsinin yaxşı kollektiv olduğunu bildirib: "Onlar açıq oyuna üstünlük verir. Bu isə bizim üçün sərfəli ola bilər".

Forvard Azərbaycan millisinə qalib gəldikləri görüşdə hədəfə çatdıqlarını söyləyib: "Həmin oyunda saysız-hesabsız qol imkanlarımız oldu. Qələbə qazanmaq əsas hədəfimiz idi və bu hədəfə çatdıq".

Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb. Komanda martın 27-də Serbiyanın, martın 30-da isə Lüksemburqun qonağı olacaq. Azərbaycan yığması isə növbəti oyunlarını müvafiq olaraq Qətər və Serbiyaya qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi