"Atletiko"nun futbolçusu vaksinə görə Braziliya millisinə dəvət olunmayıb

"Atletiko"nun futbolçusu vaksinə görə Braziliya millisinə dəvət olunmayıb Futbol üzrə Braziliya millisinin baş məşqçisi Tite 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlayıb.
Futbol
13 Yanvar , 2022 21:58
Atletikonun futbolçusu vaksinə görə Braziliya millisinə dəvət olunmayıb

Futbol üzrə Braziliya millisinin baş məşqçisi Tite 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlayıb.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis İspaniyanın "Atletiko" (Madrid) komandasının futbolçusu Renan Lodiyə dəvət göndərməyib.

24 yaşlı müdafiəçi koronavirus əleyhinə vaksin vurdurmadığı üçün yığmadan kənarda qalıb.

Qeyd edək ki, yanvarın 28-də Ekvadorun qonağı olacaq Braziliya millisi fevralın 2-də Paraqvayı qonaq edəcək.

Son xəbərlər

Orphus sistemi