"Atletiko"nun baş məşqçisi: "Gərək, futbolçumuzu öldürsünlər ki, penalti verilsin"

"Atletiko"nun baş məşqçisi: "Gərək, futbolçumuzu öldürsünlər ki, penalti verilsin" Dieqo Simeone "Valensiya" ilə oyunda Qodinin dişlərindən məhrum olmasına belə reaksiya verib
Futbol
5 Fevral , 2018 13:35
Atletikonun baş məşqçisi: Gərək, futbolçumuzu öldürsünlər ki, penalti verilsin

Bakı. 5 fevral. REPORT.AZ/ Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone "Valensiya"ya 1:0 hesabı ilə qalib gəldikləri İspaniya La Liqasının XXII tur matçından sonra hakimlərdən narazılıq edib.

"Report"un məlumatına görə, argentinalı mütəxəssis oyun zamanı aşkar penaltinin təyin olunmadığını söyləyib.

"Baxaq, görək gözəl günlərin birində öz lehimizə penalti qazana biləcəyikmi? "Valensiya" ilə oyun zamanı Qodinin epizodunda penalti təyin olunmursa, deməli, futbolçumuzu öldürməlidirlər ki, referi "ağ nöqtə"ni göstərsin" - Simeone bildirib.

Qeyd edək ki, Dieqo Qodin "Valensiya"nın cərimə meydançasında top uğrunda mübarizə apardığı vaxt bir neçə dişindən məhrum olub. Lakin baş hakim penalti təyin etməyib.

Son xəbərlər

Orphus sistemi