"Atletiko"nun 2 futbolçusu koronavirusa yoluxdu

"Atletiko"nun 2 futbolçusu koronavirusa yoluxdu İspaniyanın "Atletiko" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
Futbol
30 Yanvar , 2021 15:56
Atletikonun 2 futbolçusu koronavirusa yoluxdu
Mario Ermoso və Yannik Ferreyra-Karrasko

İspaniyanın "Atletiko" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Mario Ermoso və yarımmüdafiəçi Yannik Ferreyra-Karraskonun test nəticələri müsbət çıxıb.

Hər iki oyunçu təcrid olunub.

Qeyd edək ki, La Liqada 47 xalla turnir cədvəlinə başçılıq edən "Atletiko" yanvarın 31-də XXI tur çərçivəsində "Kadis"lə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi