"Atletiko" "Malyorka"nı darmadağın edib

"Atletiko" "Malyorka"nı darmadağın edib İspaniya La Liqasının 34-cü turunun matçında Madrid "Atletiko"su "Malyorka"nı qəbul edib.
Futbol
296
4 İyul , 2020 02:09
Atletiko Malyorkanı darmadağın edib

İspaniya La Liqasının 34-cü turunun matçında Madrid "Atletiko"su "Malyorka"nı qəbul edib.

"Report" xəbər verir ki, görüş Madriddə keçirilib və meydan sahiblərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Atletiko"nun ilk qolunun müəllifi Alvaro Morata olub. O, 29-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Morata fasilədən əvvəl yarımmüdafiəçi Markos Lorentenin ötürməsi ilə dubl edib.

79-cu dəqiqədə "Malyorka"nın qapısından daha bir qolu yarımmüdafiəçi Koke keçirib.

Bu qələbə ilə "Atletiko"nun İspaniya çempionatında məğlubiyyətsiz oyun seriyası 12 matça (7 qələbə, 5 heç-heçə) çatıb. Hazırda komanda yarış cədvəlində üçüncü yeri tutur. Dieqo Simeonenin komandasının aktivində 62 xal var.

"Malyorka" isə 29 xalla 18-ci yerdə qərarlaşıb.