"Atletiko" klubu 22 yaşlı futbolçu transfer edib

Futbol
  • 24 may, 2018
  • 11:52
Atletiko klubu 22 yaşlı futbolçu transfer edib

Bakı. 24 may. REPORT.AZ/ İspaniyanın "Atletiko" komandası "Vilyarreal" klubunun futbolçusu Rodriqo Ernandesi transfer edib. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik anlaşma əldə olunub. Rodri Madrid təmsilçisinə iyunun 1-də qoşulacaq.  

Qeyd edək ki, Rodriqo Ernandes "Atletiko"nun yetirməsidir. Bu mövsüm 47 rəsmi oyunda iştirak edən gənc futbolçu 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

44 filmi