"Atletiko" hücumçusu ilə müqaviləni uzadıb

Futbol
  • 04 yanvar, 2022
  • 12:48
Atletiko hücumçusu ilə müqaviləni uzadıb

İspaniyanın "Atletiko" klubu futbolçusu Anxel Korrea ilə yeni müqavilə bağlayıb.

"Report"un məlumatına görə, argentinalı hücumçu 30 iyun 2026-cı ilədək olan sözləşməyə imza atıb.

O, "matrasçılar"a 2014-cü ilin dekabrında qoşulub. Həmin vaxtdan Korrea "Atletiko"da 305 oyuna 53 qol və 52 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 27 yaşlı forvard bütün turnirlərdə 25 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermartk internet portalı Korreaya 40 milyon avro qiymət qoyub.