"Atletiko"da ilk dəfə Simeonenin istefaya göndərilməsi müzakirə olunacaq

"Atletiko"da ilk dəfə Simeonenin istefaya göndərilməsi müzakirə olunacaq İspaniyanın "Atletiko" (Madrid) komandasının baş məşqçisi Dieqo Simeone istefaya göndərilə bilər.
Futbol
17 Fevral , 2022 21:23
Atletikoda ilk dəfə Simeonenin istefaya göndərilməsi müzakirə olunacaq

İspaniyanın "Atletiko" (Madrid) komandasının baş məşqçisi Dieqo Simeone istefaya göndərilə bilər.

"Report" "Cadena Ser"ə istinadən xəbər verir ki, klub rəhbərliyi ilk dəfə argentinalı mütəxəssislə yolların ayrılmasını müzakirəyə çıxaracaq.

Buna səbəb Madrid təmsilçisinin cari mövsüm La Liqada uğursuz çıxış etməsidir. Son çempion hazırda 39 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, 2011-ci ildən "Atletiko"ya başçılıq edən Dieqo Simeone bu komanda ilə 2 dəfə İspaniya çempionatının, UEFA Avropa Liqasının və UEFA Super Kubokunun, 1 dəfə isə Kral Kubokunun qalibi olub.

Son xəbərlər

Orphus sistemi