"Atletiko" CAS-a müraciət etdi

"Atletiko" CAS-a müraciət etdi İspaniyanın "Atletiko" klubu futbolçusu Kiran Tripyerin 10 oyunluq diskvalifikasiya cəzasının təxirə salınması üçün növbəti dəfə apellyasiya şikayəti verib.
Futbol
19 Yanvar , 2021 18:15
Atletiko CAS-a müraciət etdi

İspaniyanın "Atletiko" klubu futbolçusu Kiran Tripyerin 10 oyunluq diskvalifikasiya cəzasının təxirə salınması üçün növbəti dəfə apellyasiya şikayəti verib.

"Report" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, Madrid təmsilçisi bu dəfə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

31 yaşlı müdafiəçi 2019-cu ildə dostlarına İngiltərə "Tottenhem"indən "Atletiko"ya keçəcəyi ilə bağlı mərc etməyi məsləhət gördüyü üçün cəzalandırılıb. Klub məsələ ilə bağlı FIFA-ya şikayət etsə də, qitə futbol qurumu oyunçunu bağışlamayıb.

CAS "Atletiko"nun şikayətini təmin etməsə, Tripyer bundan sonra daha 9 oyunu buraxmalı olacaq.

Qeyd edək ki, Kiran Tripyer "Atletiko"ya 2019-cu ilin yayında transfer olunub.

Son xəbərlər

Orphus sistemi