"Atletik" "Betis"ə qalib gələrək İspaniya Kubokunun yarımfinalına yüksəldi

"Atletik" "Betis"ə qalib gələrək İspaniya Kubokunun yarımfinalına yüksəldi İspaniya Kubokunun 4/1 final matçı başa çatıb. “Report” xəbər verir ki, "Betis" "Atletik"i qəbul edib.
Futbol
5 Fevral , 2021 03:15
Atletik Betisə qalib gələrək İspaniya Kubokunun yarımfinalına yüksəldi

İspaniya Kubokunun 4/1 final matçı başa çatıb.

“Report” xəbər verir ki, "Betis" "Atletik"i qəbul edib.

Görüş Sevilyada "Benito Vilyamarin" stadionunda keçirilib və qonaqların penalti seriyası ilə qələbəsi ilə qurtarıb (1:1, penalti - 4:1).

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Meydan sahibləri hesabı 84-cü dəqiqədə Xuanminin dəqiq zərbəsi ilə açıblar. "Atletik" əsas vaxta əlavə edilmiş dördüncü dəqiqədə hesabı bərabərləşdirməyə və oyunu əlavə vaxtda davam etdirməyə nail olub. Qonaqların heyətində Raul Qarsiya fərqlənib.

Komandalar qalibi əlavə vaxtda da müəyyənləşdirə bilməyiblər. Qarşılaşmanın taleyini penalti seriyası müəyyən edib - "Atletik"in futbolçuları qələbə qazanıblar - 4:1.

Qeyd edək, "Atletik"in futbolçuları matçın gedişatında altı sarı vərəqə alıb. "Betis"in 2 futbolçusuna xəbərdarlıq edilib.

Son xəbərlər

Orphus sistemi