​"Atletik" 31 ildən sonra İspaniya Superkubokunun qalibi olub - VİDEO

​"Atletik" 31 ildən sonra İspaniya Superkubokunun qalibi olub - VİDEO "Barselona" bu il birinci titulundan məhrum olub
Futbol
18 Avqust , 2015 06:51
​Atletik 31 ildən sonra İspaniya Superkubokunun qalibi olub - VİDEO

Bakı. 18 Avqust. REPORT.AZ/ "Barselona" və "Atletik" futbol üzrə İspaniya Superkubokunun cavab matçında heç-heçə oynayıb.

"Report" xəbər verir ki, görüş Barselonanın "Kamp Nou" stadionunda keçirilib və 1:1 hesabı ilə başa çatıb.

Birinci hissənin sonlarında Lionel Messi hesabı açıb. Bir saatın tamamında kataloniyalılar azlıqda qalıblar: Jerard Pike birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Oyunun 74-cü dəqiqəsində Arits Aduris hesabı bərabərləşdirib. Matçın əsas vaxtının sonlarında "Atletik" də 10 nəfərlə qalıb: Kike Sola meydandan qovulub.

Beləliklə, "Atletik" iki oyunun nəticəsinə görə, İspaniya Superkubokunu qazanıb (ilk oyun baskların 4:0 hesablı qələbəsi ilə başa çatıb) və tarixində ikinci dəfə turnirin qalibi olub. Bilbao klubu bundan əvvəl 1984-cü ildə Kuboku başı üzərinə qaldırıb.

İspaniya Superkuboku. Final

"Barselona" (Barselona) – "Atletik B" (Bilbao) – 1:1

Qollar: Messi, 43 (1:0); Aduris, 74 (1:1).

Son xəbərlər

Orphus sistemi