"Atalanta"nın futbolçusu "Sevilya"ya keçdi

"Atalanta"nın futbolçusu "Sevilya"ya keçdi İtaliya "Atalanta"sının futbolçusu Alexandro Qomes İspaniyanın "Sevilya" komandasına keçib.
Futbol
27 Yanvar , 2021 00:11
Atalantanın futbolçusu Sevilyaya keçdi

İtaliya "Atalanta"sının futbolçusu Alexandro Qomes İspaniyanın "Sevilya" komandasına keçib.

"Report"un İspaniya klubunun rəsmi saytına istinadən məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi ilə 30 iyun 2024-cü ilədək müqavilə bağlanılıb. Bu transfer qarşılığında argentinalı oyunçuya 5,5 milyon avro ödəniləcək. Daha 3 milyon avro isə bonus kimi paylanacaq.

Qeyd edək ki, Alexandro Qomes İtaliya klubunda 2014-cü ildən çıxış etməyə başlayıb. Cari mövsüm o, A Seriyasının 10 oyununda 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu 2017-ci ildən Argentina millisinə çağırılır. Bu yaxınlarda Qomes "Atalanta"nın baş məşqçisi Can-Pyero Qasperini ilə münaqişəyə girib.

"Sevilya" Primerada 19 oyundan 36 xalla 4-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 47 xalla "Atletiko" başçılıq edir.

Son xəbərlər

Orphus sistemi