"Astra"nın futbolçusu: "Növbəti mərhələyə vəsiqə qazanmaq üçün ciddi üstünlük əldə etdik"

"Astra"nın futbolçusu: "Növbəti mərhələyə vəsiqə qazanmaq üçün ciddi üstünlük əldə etdik" ​“Zirə”yə qalib gələrək, öz gücümüzü göstərdiyimiz üçün şadam"
Futbol
14 İyul , 2017 12:50
Astranın futbolçusu: Növbəti mərhələyə vəsiqə qazanmaq üçün ciddi üstünlük əldə etdik

Bakı. 14 iyul. REPORT.AZ/ “Zirə”yə qalib gələrək, öz gücümüzü göstərdiyimiz üçün şadam. Lakin qələbəni unudub, diqqətimizi cavab matçına cəmləməliyik”. 

“Report”un məlumatına görə, bunu Rumıniyanın “Astra” komandasının futbolçusu Aleksandru İonitse Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Zirə” üzərində 3:1 hesablı qələbədən sonra “Digi Sport”a deyib. Rumıniyanın Curcu şəhərindəki görüşün 31-ci dəqiqəsində hesabı açan 23 yaşlı yarımmüdafiəçi bildirib ki, “Astra” ev matçlarında daha yaxşı təsir bağışlayır və sürətli futbol sərgiləyir.

“Zirə” ilə qarşılaşmanın 55-ci dəqiqəsində “Astran”ın 2-ci qolunu vuran Aleksandru Adrian Dandya isə uzun fasilədən sonra meydana qayıtdığı üçün sevindiyini söyləyib. 28 yaşlı müdafiəçi komandaya yeni qoşulan futbolçuların uyğunlaşma prosesini tez keçdiklərini deyib: “Təxminən bir illik fasilədən sonra rəsmi oyunda iştirak etdim. Zədəyə görə mənim üçün çox ağır idi, lakin bəxtim gətirdi. Komandaya qalib gəlməkdə kömək etdiyim üçün şadam. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün ciddi üstünlük əldə etdik”.

Qeyd edək ki, “Zirə” və “Astra” komandaları arasında cavab görüşü iyunun 20-də “Dalğa Arena”da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi