"Astana" klubundan pul oğurluğu ilə əlaqədar cinayət işi açılıb

"Astana" klubundan pul oğurluğu ilə əlaqədar cinayət işi açılıb Qazaxıstanda "Astana" futbol klubundan pul oğurluğu faktı ilə əlaqədar cinayət işi qaldırılıb.
Futbol
10 Noyabr , 2021 13:03
Astana klubundan pul oğurluğu ilə əlaqədar cinayət işi açılıb

Qazaxıstanda "Astana" futbol klubundan pul oğurluğu faktı ilə əlaqədar cinayət işi qaldırılıb.

"Report"un "Mutko protiv" teleqram kanalına istinadən məlumatına görə, iş rusiyalı futbol funksioneri Dmitri Vasilyevin açıqlaması əsasında açılıb. Vasilyev hazırda "Astana"nın təsisçisi olan fondun ekspert şurasının üzvüdür.

İstintaq materiallarına əsasən, pullar 2018 - 2021-ci illərdə saxta agent müqavilələrinin tərtib olunması yolu ilə oğurlanıb. Söhbət 5 futbolçu - İslambek Kuat, Valeri Çuperka, Semir Smaylacik, Lopes Fernandes Enrike və Fatoş Beçiray, habelə, keçmiş baş məşqçi Andrey Tixonovla müqavilələrdən gedir.

Audit belə qənaətə gəlib ki, vasitəçilərlə sözləşmələr əmək müqavilələri imzalandıqdan sonra bağlanılıb. Şübhə altına "Astana"nın baş direktoru Mixail Qurban və sabiq baş direktor David Loriya düşüb.

Oktyabrın 30-da məhkəmə maliyyə və mühasibatlıq sənədlərinin klubdan çıxarılmasına dair qərar çıxarıb.

Son xəbərlər

Orphus sistemi