"Astana" klubu tarixində ilk dəfə Qazaxıstan çempionu olub

"Astana" klubu tarixində ilk dəfə Qazaxıstan çempionu olub Paytaxt təmsilçisi bu uğuru 5 ilə qazanıb
Futbol
10 Noyabr , 2014 09:39
Astana klubu tarixində ilk dəfə Qazaxıstan çempionu olub

Bakı. 10 noyabr. REPORT.AZ/ Futbol üzrə Qazaxıstan Premyer Liqasına yekun vurulub. "Report"un məlumatına görə, qalib adını son turda "Kayrat"ı 3:2 hesabı ilə məğlub edən "Astana" qazanıb. 

Bu, paytaxt klubunun 5 illik tarixi ərzində ilk çempionluğu olub. "Astana" Çempionlar Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb. Növbəti iki yerin sahibləri - "Aktobe" və "Kayrat" Avropa Liqasına yüksəliblər. Avroliqaya daha bir vəsiqəyə isə 4-cü yeri tutan "Ordabası" yiyələnib. Bu da onunla əlaqədardır ki, gümüş və bürünc mükafatçılar Qazaxıstan Kuboku uğrunda qarşılaşmada üz-üzə gələcəklər. 

Qeyd edək ki, bu komandalar avrokuboklarda 2015-2016-cı il mövsümündə çıxış edəcəklər. 

Son xəbərlər

Orphus sistemi