Asiya ölkəsində azarkeşlər futbol matçlarında tribunada olacaq

Asiya ölkəsində azarkeşlər futbol matçlarında tribunada olacaq Cənubi Koreyada azarkeşlərin beysbol və futbol matçlarına qatılmasına icazə veriləcək.
Futbol
24 İyul , 2020 09:57
Asiya ölkəsində azarkeşlər futbol matçlarında tribunada olacaq

Cənubi Koreyada azarkeşlərin beysbol və futbol matçlarına girişlərinə icazə veriləcək.

"Report"un xarici mətbuata istinadən məlumatına görə, yerli hakimiyyət Beysbol Təşkilatı və Peşəkar Futbol Liqasına məhdud sayda azarkeşlərin oyunlarda iştirak etmələrinə icazə verib.

Fanatlar beysbol qarşılaşmalarına iyulun 26-dan, futbol matçlarına isə avqustun 1-dən tribunalarda baxa biləcəklər. Onlar ilk olaraq oturacaqların yalnız 10 faizindən istifadə edəcəklər.

Qeyd edək ki, Cənubi Koreyada beysbol və futbolda yeni mövsümə planlaşdırılandan bir ay sonra - mayda başlanılıb.

Son xəbərlər

Orphus sistemi