Asiya Kuboku: İran Çini darmadağın edərək yarımfinala çıxıb - VİDEO

Asiya Kuboku: İran Çini darmadağın edərək yarımfinala çıxıb - VİDEO Bakı. 24 yanvar. REPORT.AZ/ Əbu-Dabinin (BƏƏ) Məhəmməd Bin Zayed stadionunda İran və Çin milli komandaları arasında futbol üzrə Asiya Kubokunun ¼ final oyunu keçirilib.
Futbol
24 Yanvar , 2019 22:54
Asiya Kuboku: İran Çini darmadağın edərək yarımfinala çıxıb - VİDEO

Bakı. 24 yanvar. REPORT.AZ/ Əbu-Dabinin (BƏƏ) "Məhəmməd Bin Zayed" stadionunda İranÇin milli komandaları arasında futbol üzrə Asiya Kubokunun ¼ final oyunu keçirilib.

“Report” xəbər verir ki, görüş İran futbolçularının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İran yığması bu qələbə sayəsində turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb. Qonşu ölkə komandası bu mərhələdə Yaponiya millisi ilə qarşılaşacaq. Çin yığması turniri tərk edib.

İran-Yaponiya oyunu yanvarın 28-də keçiriləcək. Görüş Bakı vaxtı ilə 18:00-da başlanacaq.

Asiya Kuboku. 1/4 final

Çin – İran - 0:3

Qollar: 0:1 – Taremi – 18, 0:2 – Azmun – 31, 0:3 – Ansarifard – 90+1

Son xəbərlər

Orphus sistemi