Asim Xudiyev: "Qarabağ"ın mərhələ adlama şansı var"

Asim Xudiyev: "Qarabağ"ın mərhələ adlama şansı var" "Futbolda gözlənilməz qollar olur. Qarşılaşmanın sonlarında qol buraxmaq hər komandanın başına gələ bilər. İstəyirik ki, komanda bu axşam hamımızı sevindirsin"
Futbol
24 Fevral , 2022 12:24
Asim Xudiyev: Qarabağın mərhələ adlama şansı var
Asim Xudiyev

"Qarabağ"ın mərhələ adlama şansı var"

Bunu "Report"a açıqlamasında Azərbaycanın beynəlxalq hakim-inspektoru Asim Xudiyev "köhlən atlar"ın Fransa "Marsel"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

O, Azərbaycan təmsilçisinin bugünkü görüşdə ən azı 2:0 hesabı ilə qələbə qazanmasını arzuladığını bildirib: "Komandanın daha sonra əlavə vaxtda rəqibini məğlub etməsini istəyirəm. "Qarabağ" ilk matçda sərgilədiyi oyunla göstərdi ki, bunu etmək mümkündür".

Xudiyevin sözlərinə görə, "Qarabağ" Marsel şəhərindəki qarşılaşmada üçüncü qolu buraxmasaydı, mərhələ şansları daha çox olardı: "Futbolda gözlənilməz qollar olur. Qarşılaşmanın sonlarında qol buraxmaq hər komandanın başına gələ bilər. İstəyirik ki, komanda bu axşam hamımızı sevindirsin".

Qeyd edək ki, "Qarabağ" - "Marsel" qarşılaşması bu gün saat 21:45-də start götürəcək. Fransadakı ilk oyunda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi