Asim Xudiyev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb

Asim Xudiyev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb Görüş sentyabrın 14-də Buxarestdə təşkil olunacaq
Futbol
6 Sentyabr , 2017 12:51
Asim Xudiyev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycanın futbol üzrə beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev növbəti beynəlxalq təyinat alıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, A.Xudiyev Avropa Liqasının qrup mərhələsinin ilk turunda Rumıniya "Styaua"sı ilə Çexiya "Viktoriya"sı arasında keçiriləcək oyunda iş başında olacaq. Görüş sentyabrın 14-də Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq. 

Qeyd edək ki, hələlik hakimlər briqadası açıqlanmayıb. 

Son xəbərlər

Orphus sistemi